x
Loading...
.

Dünyada ötən sutka koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb - ÜST

.

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 679 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 679 003 nəfər yeni koronavirusa yoluxub, 10 367 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 136 996 364, ölənlərin isə 2 951 832 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 30 949 496 nəfər. Siyahıda daha sonra Hindistan (13 873 825), Braziliya (13 517 808), Fransa (5 026 645), Rusiya (4 666 209), Böyük Britaniya (4 375 818), Türkiyə (3 962 760), İtaliya (3 793 033), İspaniya (3 336 637), Almaniya (3 044 016), Polşa (2 621 116), Kolumbiya (2 552 937) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR