x
Loading...
.

Futbol matçının yayımını 100 dəfədən çox kəsdilər - QADIN HAKİMƏ GÖRƏ

.

İran televiziyası qadın hakimə görə İngiltərə Premyer Liqasının “Tottenhem” – “Mançester Yunayted” matçının yayımını 100 dəfədən çox kəsib.

Metbuat.az oxu.az-a istinadən məlumat verir ki, 1:3 hesabıyla bitən matçın yan xətt hakimi xanım Şon Messi olub.

Onun qısa şort geyinməsi isə matçı yayımlayan dövlət televiziyasını belə addım atmağa sövq edib.

Ekranda xanım hakim göründüyü zaman telekanal yayıma ara verərək, “Tottenhem”in stadionunun panoramlı görüntülərini nümayiş etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR