QMİ nümayəndəsi: "Məscidlərdə namaz qılınmasına icazə verilə bilər"

.

Koronavirusa yoluxma sayı azalarsa, ola bilər ki, Operativ Qərargahın və TƏBİB-in göstərişinə əsasən, məsafə saxlamaq şərti ilə məscidlərdə bayram namazlarının qılınmasına icazə verilsin.

Metbuat.az olke.az-a istinadən bildirir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyib.

O bildirib ki, bayram gününə bir neçə gün qalmış bu barədə qərarın verilib-verilməməsi bəli olacaq:

“Bayram namazına artıq sayılı günlər qalıb. Məscidlərdə bayram namazlarının qılınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in xüsusi göstərişi olmalıdır. Hər bir inanclı şəxsin arzusudur ki, məsciddə ibadət etsin. Lakin pandemiya səbəbindən bu imkanlar olmadığı təqdirdə vətəndaşlar bayram namazını ev şəraitində qılacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR