x
Loading...

ŞOK AÇIQLAMA: Ərdoğan Qarabağda Rusiyaya mane olur - Türkiyəni dayandırın

.

“Ərdoğan Suriya, Liviya, AzərbaycanUkraynada Rusiyanın fırlanan çarxına mane olur”.

Metbuat.az xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Moskva Krımı ilhaq etdi” sözlərinə münasibət bildirərkən belə deyib. O bildirib ki, Ərdoğan Ukrayna, Liviya və Qarabağda Rusiyaya əngəllər yaradır. “Ərdoğanı sakitləşdirməyin vaxtı gəlib” - deyən Jirinovski, Turkiyənin Moskvanın rəqiblərinə silah satmasına etirazını bildirib.

Qeyd edək ki, partiya sədrinin açıqlamalarının Moskvanın rəsmi açıqlamaları ilə üst-üstə düşmədiyi aydın görünür. Kreml Liviya və Ukrayna münaqişəsi ilə əlaqəsinin olmadığını açıqlamışdı.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR