Putin buna görə Ərdoğandan ''qorxur'' -

''Bir neçə gün öncə bir-birlərinə qarşı alçaldıcı ifadələr işlədən iki supergüc dövlət başçıları, telefon zəngi ilə aralarındakı buzları əritmə yolunda addım atıblar''.

Bu açıqlamanı Metbuat.az-a politoloq Züriyyə Qarayeva edərək bildirdi ki, Trampın hakimiyyəti dövründə ABŞ-ın Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməməsi, Obamanın dönəmində isə sərt bəyanatların çox zaman sadəcə sözdə qalması Putin administrasiyasını Baydenin siyasi ritorikası ilə bağlı eyni ehtimalı gözləməsinə səbəb oldu.

Bir Züriyə Garayeva və gülümsəyir şəkili ola bilər

''Bayden unutqan yaddaşa və dəyişik manevrlərə malik olmasına baxmayaraq, dövlətinin strateji maraqlarından güzəştə getmədən Yaxın Şərq və Ukrayna məsələlərində iddialı olduğunu göstərdi. Putinə qarşı sərt ultimatumlar səsləndirərək Qara dənizə gətirilən uzaqmənzilli hərbi texnikaların sadəcə təlim xarakteri daşımadığını opponentinə xatırlatdı.

Digər tərəfdən isə İdlibdə və Krımda rəsmi Moskvanın Ankara ilə maraqlarının toqquşması, Ərdoğanın Zelenski ilə görüşdə beynəlxalq hüquqa qətiyyən zidd olmayan "Ukraynanın ərazi bütövlüyünü tanıyırıq" ifadəsi və Rusiyanın boğazlarda hərəkətini məhdudlaşdırmağa yönəlmiş strateji hədəfləri şimal qonşumuzu regionda təklənmə xofu ilə qarşı qarşıya qoyub''.

Байден пригласил Путина и Си Цзиньпина на переговоры по климату - Газета.Ru

Politoloq deyir ki, elə bu səbəbdəndir ki, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin “Kommersant” nəşrinə müsahibəsində bildirib ki, "rəsmi Vaşinqton və Paris bu işdə faydalı rol oynaya bilər. O, ''Bu üçlük təcrübə və ciddi xarici dəstəyə malikdir" bəyanatı ilə həmsədrləri yenidən aktiv olmağa səsləyib.

''Yəni bir sözlə ifadə etsək, Rusiya regional siyasətdə yalnız hərbi gücü deyil, siyasi dəstəyin də vacib olduğunu anlayaraq, ABŞ kimi supergüclə hesablaşmağa qərar verib. Bu "geri addım" Ukraynadakı münaqişənin hələ bir müddət lokal səviyyədə qalacağından xəbər verir.

Lakin hələ də sözlü manevrlərə əl atan Bayden müxalif senatorların sərt təpkilərinə məruz qalacaq. Ölkədə ABŞ kimi supergücün Rusiyaya qarşı əməli hərəkətə keçməməsini, bir geri çəkilmə kimi qələmə verənlər də az deyil. Zənnimcə, hər iki supergücün hələlik bir-birindən çəkindiyi indiki durum birinci dünya müharibəsi öncəsindəki durumu xatırladır''.

US election gridlock: 'Biden will have one hand tied behind his back from  the start' | Financial Times

Bir səfir insidentinin birinci dünya müharbəsinin başlanğıcına səbəb olduğunu xatırladan Züriyyə Qarayeva qeyd etdi ki, hər hansı tərəfin ağır müasir silaha əl atması da yeni irimiqyaslı regional müharibəyə səbəb ola bilər''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR