Blinken gözlənilmədən Kabilə səfər etdi

ABŞ-ın Dövlət katibi Entoni Blinken gözlənilmədən Əfqanıstana səfər edib.

Metbuat.az xəbər verir ki, o Kabildə Milli Barış Ali Şurasının sədriAbdullah Abdullah ilə görüşüb. Danışıqların mövzusu amerikalı hərbçilərin Əfqanıstandan çəkilməsi ilə bağlı olub. Abdullah xarici ölkə əsgərlərinin çəkilməsini dəstəklədiklərini ifadə edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR