x
Loading...
.

Millət vəkilindən həmsədrlərə: ''Səsinizi çıxartmadan, başınızı aşağı salıb, işinizi görün''

“ATƏT-in Minsk Qrupu lazımlı təşkilatdırmı? Bu təşkilatın fəaliyyətində hansısa müsbət nəticəsini görən varmı? Xeyir, mən görməmişəm. Minsk Qrupun həmsədrləri müəyyən sifarişli siyasətə və maraqlara xidmət edirlər’’.

Metbuat.az-a bu fikirləri millət vəkili Azər Badamov bildirib. Deputat deyir ki, Minsk qrupu münaqişələrin ədalətli həllində maraqları yoxdur. Onlar çalışırlar ki, sifariş hansı tərəfin müdafiə edilməsinə olarsa, həmin tərəfi də müdafiə etsinlər.

Bu, olduqca mühüm bir amildir… – AZƏR BADAMOV – EtikXəbər

“Biz bunu keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına həsr etdikləri 28 ildən artıq bir dövürdə müşahidə etmişik. Hətta qarşı tərəf nəyəsə razılaşmaq istəyəndə də həmsədrlərin məsələnin həll olunmaması üçün müdaxilə etdiklərini görmüşük. Çünki bunlar üçün münaqişənin həlli maraqlı deyil. Qoy həmişə münaqişəli olsun ki, onlar da vaxtaşırı regiona turistik səfərlərini edib, yeyib-içib, Cənubi Qafqazın təmiz havasından udub, kefi də xurrəm geri qayıtsınlar’’.

Azər Badamov, prezident İlham Əliyevin həmdsədrlərin Azərbaycana son səfəri zamanı dediklərini xatırladaraq bildirdi ki, Ali Baş Komandan Minsk qrupu həmsədrlərinin nə üçün regiona səfər etdiklərini sorğulamışdı. “Biz sizi dəvət etməmişik. Bu o demək idi ki, niyə gəlmisiniz və sizin fəaliyyətiniz bizə lazım deyil. Bu o demək idi ki, sizin bu illər ərzində çoxdan görmədiyiniz işini müzəffər ordumuz görmüşdür’’- İlham Əliyev qeyd etmişdir.

Millət vəkili deyir ki, münaqişə artıq bitib və həmsədrlərin uğursuz müzakirələrinə ehtiyac yoxdur.

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib - YENİLƏNİB

“Adama necə deyərlər ki, başa düşəsən. Artıq münaqişə yoxdur. Azərbaycan döyüş meydanında öz ərazi bütövlüyünü təmin etmişdir. Bölgədə rus sülhməramlıları təhlükəsizliyini təmin edir. Artıq kommunikasiyaların açılması məsələsinin həll edilməsi istiqamətində işlər görülür. Biz öz işimizi yaranmış yeni reallığa uyğun idarə edirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri!. Yenidən səfər etəsniz, bəs sizin görəcəyiniz iş nədən ibarət olacaqdır?’’.

Həmsədrlərin açıqladıqları bəyanatın ab-havasından da köhnə düşüncədə olduqlarınının atıq hiss edildiyini deyən Azər Badamov qeyd etdi ki, artıq bu kimi hərəkətlər Azərbaycan ictimaiyyətində qıcıq doğurur.

Oxu.az - Həmsədrlər Azərbaycan və Ermənistana çağırış etdi - VİDEO

“Həmsədri Stefan Viskontini təmsil etdiyi Fransanın XİN Ermənistanı müharibədə ləyaqətli uduzduğunu deyirsə və təmsil etdiyiniz ölkə ermənipərəst siyasətindən əl çəkmirsə, siz gəlib yeni nəyi təklif edə bilərsiniz? Təbii ki, ermənilərin mövqeyini müdafiə edilməsindən başqa heç nə. Sizin yadınıza salım ki, Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza atmışdır. Siz köhnə əhavalınzda qalsanız da bilməlisiniz ki, Azərbaycan bu gün sizin təsəvvür etdiyiniz o Azərbaycan deyil.

Azərbaycan öz problemini öz gücü ilə həll etmiş Azərbaycandır. Siz gəlib nə isə bir iş görmək istəyirsinizsə ancaq Ermənistanı revanşist meyllərindən çəkindirib, Azərbaycanın ərazi bütövlünü rəsmən tanıdığını açıqlayaraq uzun müddətli sülh sənədinə imza atdıraraq sərhədlərin demarkasiya və delimitasiya işlərini sürətləndirə bilərsiniz.

Biz bilirik ki, belə səmimi misiyalar sizin gündəliyinizdə yoxdur. Qeyd etdiyim məsələni iş planınıza salmasanız regiona gəlməyin. Çünki regiona yenidən ermənipərəst səfərləriniz bizə lazım deyil. Yaxşı olardı ki, özünüzə hörmət edib, səsinizi çıxarmadan başınızı aşağı salıb öz işinizlə məşğul olasınız!’’- deyə Azər Badamov vurğulayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR