x
Loading...
.

Türkiyədən Ermənistana qarşı həmlə: Qərar qəbul edildi

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Araşdırma Komitəsi, Ermənistanın 44 günlük Vətən müharibəsindəki hüquq pozuntularına dair hesabatını qəbul edib.

Metbuat.az xəbər verir ki, komissiya sədri Hakan Çavuşoğlu bildirib ki, "Qarabağdakı qarşıdurmalar zamanı Ermənistanın dinc sakinlərə və mülki yaşayış yerlərinə edilən hücumları ön plana çıxmalıdır."

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Araşdırma Komitəsi, Ermənistanın Qarabağ müharibəsindəki hüquq pozuntularına dair hesabatını qəbul etdi

Hesabatda, Ermənistanın Azərbaycanın Bərdə, Gəncə, Tərtər kimi şəhərlərində yaşayan dinc əhaliyə etdiyi hücumların insanlıq və hüquq normalarında uzaq olduğu, müharibə qanunlarına sığmadığı, bütün bunların da Avropa İnsan Hüquqları Məhkəməsi, həmçinin BMT səviyyəsində müzakirə edilməsinə qərar verilib.

TBMM-də edilən müzakirələrin mahiyyəti barədə Metbuat.az-a açıqlama verən Türkiyə ordusunun ehtiyyatda olan generalı Yücel Karauz bildirdi ki, İnsan Hüquqları Araşdırma Komitəsi tərəfindən atılan bu addım çox mühüm əhəmiyyət daşıyır.

No description available.

''Bildirmək istəyirəm ki, Pakistan, Ukrayna, Şimali Kipr kimi ölkələr öz məclis tribunalarından 44 günlük Vətən müharibəsində ermənilərin dinc Azərbaycan əhalisinə qarşı etdiyi vandalizmin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük köməyi olmuşdur. 2012-ci il 2 fevral tarixində Meksika Senatı Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciəni soyqırım adlandıraraq tanımışdır.

Azərbaycanın dinc yaşayış məntəqələrinə hərbi təcavüz edən, döyüş meydanında məğlub duruma düşən işğalçı ölkə, hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrinə mülki infrastruktura raket zərbələri endirərək insanlıq əleyhinə cinayət törətmişdir.Təbii ki, bu baş verənlər qarşısında qardaş Türkiyədə öz sözünü deyəcəkdir".

Yücel Karauz deyir ki, hərbi təcavüz nəticəsində işğaldan azad olmuş Azərbaycan ərazilərin mədəniyyət, tarix, sosial sahədə vurduğu zərərə görə də Ermənistan cavab verməlidir.

''Onlar hətta müharibədən kənar şəhərlərə də ziyan vuraraq dinc əhalinin, günahsız uşaq və yaşlıların ölümünə, vətəndaşların əmlaklarının dağılıb yararsız hala düşməsinə səbəb olmuşlar. Bütün bu yaşanan dəhşətləri dünyaya çatdırmaq üşün dünyada yaşayan azərbaycanılılar diaspora fəaliyyətlərini gücləndirməli, bu sahədə əl çatası mümkün bütün vasitələrdən istifadə edərək, müharibə qanunlarına zidd olan bu faktları bəşəriyətə nümayiş etdirməlidir''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR