x
Loading...
.

6 ay komada qalan hərbiçimiz ŞƏHİD OLDU - FOTOLAR

.

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.

Metbuat.az Report-a istinadən xəbər verir ki, mərhum Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.

Şəhid Səbuhi Hüseynli Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında dəfn torpağa tapşırılıb.

Onun 1 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR