Türk nazirin təyyarəsində həyəcanlı anlar -

Türkiyənin Kənd Təsərrüfatı naziri Bəkir Pakdəmirlinin olduğu təyyarə təcili eniş edib.

Metbuat.az xəbər verir ki, Ankara-Şırnak marşrutu üzrə uçan laynerin mühərrikində havaya qalxandan bir neçə dəqiqə sonra texniki nasazlıq baş verib. Nəticədə təyyarə Malatyaya təcili eniş edib. Hadisə zamanı təyyarədə 9 nəfər olub.

Anar Türkeş / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR