Rusiya ilə Türkiyə arasında soyuqluq var? -

“Rusiya ilə Türkiyə arasında soyuqluq yoxdur”.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitriy Peskov Türkiyəyə çarter reyslərinin dayandırılması barədə suala münasibət bildirərkən belə deyib. O bildirib ki, Ankara Moskvanın qərarını anlayışla qarşılayıb. Peskovun sözlərinə görə, Türkiyənin Ukrayna ilə sıx əlaqələr qurması suveren haqqıdır.

Qeyd edək ki, Moskva pandemiya vəziyyətini irəli sürərək, iyunun 1-nə qədər Türkiyə ilə hava əlaqəsini dayandırıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR