Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə 9,994 milyon rubl qazanc deklarə edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Kremldən açıqlama verilib.

Məlum olub ki, Rusiya Prezidenti 2020-ci ildə 2019-cu illə müqayisədə 270 min rubl çox qazanıb.

Kremlin saytı Rusiyanın dövlət başçısı, Prezident Administrasiyasının işçiləri və ailə üzvlərinin gəlirləri barədə məlumatları da açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR