x
Loading...
.

"Qarabağ" "Səbail"i məğlub edə bilmədi

.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Metbuat.az-ın məlumatına görə, günün ilk oyununda "Səbail" lider "Qarabağ"ı qəbul edib. "ASCO Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Amil Yunanov 37-ci dəqiqədə penaltidən hesabı açıb. 42-ci dəqiqədə isə Uroş Matiç Ağdam təmsilçisinin bərabərlik qolunu vurub.

Xallarının sayını 47-yə çatdıran "Qarabağ" liderliyini davam etdirir. "Səbail" isə 21 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Tura aprelin 17-də oynanılacaq "Neftçi" - "Zirə" və "Keşlə" - "Sabah" matçları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR