x
Loading...
.

ÜST pandemiya ilə bağlı son statistikanı açıqladı

.

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 804 mindən çox artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 804 807 nəfər yeni koronavirusa yoluxub, 12 955 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 138 688 383, ölənlərin isə 2 978 935 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır. / Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR