x
Loading...

Alban-Udi xristian dini icması üzvlərinin Xocavəndə səfəri başlayıb

.

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri başlayıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət edəcəklər.

Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edəcək.

Qədim Azərbaycan kəndi olan Tuğ kəndi dini-tarixi abidələrin zənginliyi ilə seçilir. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.

Xatırladaq ki, ermənilər işğal dövründə Tuğ kəndi ərazisində yerləşən qədim alban məbədində saxtakarlığa əl atıblar, öz yazılarını oraya əlavə ediblər və bu məbədi "özününküləşdiriblər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR