x
Loading...
.

Bakının mərkəzində ağacların ''soyqırımı'' - Nazirlik məsələyə qarışdı

.

Bakının mərkəzində ağacların ''soyqırımı'' edilsə də, bundan xəbərsiz olan çox insan var.

Bakı şəhəri Yasamal Rayonu Abbas Mirzə Şərifzadə-192 ünvanında yaşayan sakinlər, ərazidə olan yaşıllığın məhv edildiyi barədə Metbuat.az-a şikayət ediblər.

Sakinlər iddia edir ki, məqsədyönlü şəkildə tumurcuqlu, üstü yarpaqlı ağacların budanmağa başlanılıb. Onların sözlərinə görə, ağacların kövrək budaqları kəsilərək, çoxillik yaşıllığın yalnız oduncaq hissələri saxlanılıb.


Qeyd edək ki, analoji hadisə bir neçə gün bundan əvvəl də ərazidə baş verib. Belə ki, qurumuş ağacları kəsmək adı ilə 2 yük maşını cavan ağac kəsilərək aparılıb. Sakinlərin etirazı sayəsində ağacların soyqırımına mane olunaraq Yasamal İcra Hakimiyyəyinin Yaşıllaşdırma Təsərrufatı Birliyinin əməkdaşları həmin ərazidən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin metbuat katibi İradə İbrahimova Metbuat.az-a bildirdi ki, baş verənlərdən xəbərdardılar. Artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidməti problemi yerində araşdıraraq lazımi göstərişləri verib.

Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların vegetasiya dövrü olmasına baxmayaraq ərazidə budama işlərinin aparıldığı müəyyən olunub. Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, aparılan araşdırma zamanı budama işlərinin düzgün aparılmadığı, ağacların 4-5 metr hündürlükdən sərt budandığı məlum olub. İşlərin təcili dayandırılması və budanan ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə aprelin 15-də Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məcburi göstəriş verilib.

Nazirliyin nümayəndəsinin fikirləri və əldə olan fotoşəkillərə əsasən də demək olar ki, ağaclar düzgün budanmayıb.


Ağacların kəsilməsi ilə bağlı sakinlər iddia edir ki, ərazidə bu ''soyqırım' Smart Dom MMC adlı tikinti şirkətin istəyi ilə aparılır. Onların sözlərinə görə, uzun müddətdir həmin ərazidə sakinlərin narazılığına səbəb olan adı çəkilən şirkət bu addımı atmaqla sakinləri evlərini onlara ucuz satıb tikinti aparmağa razı salmaq istəyir.

Smart Dom MMC-nin nümayəndəsi Sevda Süleymanova Metbuat.az-a məsələ ilə bağlı müsahibəsində bildirdi ki, burada sakinlərin fikirləri yetkinliklə bir deyil.

''Kimi deyir ki, maşınlarımızın üzərinə külək əsən zaman agac düşür, bəzisi də deyir ki agac əyridir təhlükəli vəziyyətdədir. Artıq bir neçə sakin məsələ ilə bağlı şikayət edib ki, maşınımın üzərinə ağac düşərək zədələyib. Bu məqsədlə də Yaşıllaşdırma Təsərrufatı Birliyi məsələ ilə maraqlanaraq bir neçə ağacı budayıb. Bizim bu məsələ ilə bağlı qətiyyən əlaqəmiz yoxdur. Biz çalışırıq ki, sakinləri razı salıb ərazidə tikinti işlərinə başlayaq''.

Bildirək ki, Yasamal İcra Hakimiyyəyinin Yaşıllaşdırma Təsərrufatı Birliyinə də məsələ ilə bağlı müraciət etsək də birlikdən sualımıza cavab verən tapılmadı.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR