x
Loading...

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı TƏFƏRRÜAT

.

Ötən gün Bakıda gənc qızların hosteldə dəm qazından ölməsi ilə bağlı təfərrüat məlum olub.

Metbuat.az Unikal.org-a istinadən xəbər verir ki, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 6 ünvanında yerləşən "Seaside" hostelində müvəqqəti qalan Dadaşova Ləman Əhməd qızı 2002-ci il təvəllüdlü olub.

Həmin hosteldə müvəqqəti yaşayan Mamedova Xəyalə Müseyib qızı isə 2001-ci ildə anadan olub. O, orta təhsilli və subay imiş. Qızların hamam otağında axar su qızdırıcısından yaranan dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda qeyd olunan fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR