x
Loading...
.

700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

.

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, onlardan 409,3 min nəfər (o cümlədən, 386,6 min nəfər aylıq, 22,7 min nəfər birdəfəlik) sosial müavinətlə, 281,9 min nəfər isə Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Bu ilin birinci rübündə əhaliyə sosial müavinətlər üzrə 148,2 milyon manat, təqaüdlər üzrə 106 milyon manat ödənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR