x
Loading...

"Ermənilər alban məbədlərini dağıdıb, saxtalaşdırıblar" - Robert Mobili

.

"İşğaldan azad olunmuş ərazilərə gələndə mütləq şəhidləri yada salır və onlar üçün dualar edirik. Allah onlara rəhmət eləsin! Qarabağda çoxlu məbədlər var. Bu, Alban-Udi xristian dini icmasının müqəddəs torpaqlara ilk səfəri deyil. Hər dəfə gələndə erməni vəhşiliyi, Alban məbədlərində etdiyi dəyişiklikləri, saxtakarlıqların şahid oluruq".

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu sözləri Alban-Udi xristian dini icmasının sədri Robert Mobili icmanın işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı deyib.

O bildirib ki, bu torpaqlar onlar üçün müqəddəs yerdir:

"Ermənilər burada İslamla bağlı olan tarixi, mədəni abidələri, ümumiyyətlə, siliblər. Hətta Alban kilsələrini də dağıdıb, ya da saxtalaşdırıblar. Bu kilsələr, məbədlər Alban müstəqil kilsəsinə aiddir. Bu irs birbaşa Alban mədəni irsi ilə bağlıdır. Bu məbədlərin erməni kilsələri ilə heç bir bağlantısı yoxdur. Ermənilər bura gəlmə xalqdır. Sadəcə Azərbaycan xalqının tolerantlığından istifadə edib, bu kilsələri saxtalaşdırıb, erməni kilsəsi kimi təqdim ediblər. Özlərinə doğmalaşdırıb, bizdən uzaqlaşdırıblar. Amma bu gün Azərbaycanın tarixi həqiqəti bərpa olunub. Bu gün Azərbaycan bu mədəni irsin varisidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR