Atatürkün heykəlini partlatmağa cəhd göstərdilər

Atatürkün heykəlini partlatmağa cəhd göstərdilər
16:17 18 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün naməlum şəxslər, Maltəpədə bələdiyyə polis bölməsi önündəki Atatürkün büstünün qarşısına şübhəli paket qoyublar. Həmin paketdə isə əl bombası aşkarlanıb.
 
Əldə edilən məlumatlara görə, Maltəpə bələdiyyə polisinin qarşısında şübhəli paket görən vətəndaşlar dərhal polisə xəbər veriblər.
 
Hadisə yerinə gələn polislər Atatürkün heykəlinin önünə atılan paketi araşdırıblar və nəticədə paketin üzərində "Cizrənin intiqamı alınacaq" xəbərdarlığının olduğu aydınlaşıb.
 
Bundan sonra əraziyə gələn partlayıcı maddələr üzrə mütəxəssislər həmin paketi təhlükəsiz şəraitdə məhv ediblər. Xüsusi üsulla partladılan əl bombasının qalıqları araşdırma üçün laboratoriyaya aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR