Paşinyan çıxılmaz durumda:

Ermənistanın Baş naziri Nikol Paşinyan Vayosdzor bölgəsinə səfər edib.

Metbuat.az xəbər verir ki, baş nazir bu səfər zamanı da çıxılmaz vəziyyətə düşüb.

Belə ki, Paşinyan səfər zamanı ikinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin məzarlarını ziyarət etmək istəyib. Lakin qəbiristanlıqda olan əsgər yaxınlarından biri Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyib.

Ölən hərbçinin yaxını deyib ki, məsul şəxslərdən heç kim ona qardaşının meyitinin tapmasına kömək etməyib, əksinə mane olublar: "Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR