Xalq artisti Eldar Quliyev dəfn olundu

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, məsciddə mərhum üçün cənazə namazı qılınıb.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün Bakı şəhərindəki "Qurd qapısı” qəbiristanlığına aparılıb.

Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

report.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR