x
Loading...
.

Mamayı bulağının üzərində həkk olunan erməni yazıları silindi - FOTO/VİDEO

.

Bu yaxınlarda Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda ermənilərin "ulu bulağımızın qədim yazısını sildilər”, -deyə hay-küy qopardıqları da qeyd olunur. Halbuki, əslində o yazıların yerində işğaldan əvvəl bulağı çəkdirən Səməd ağa Cavanşirin adı olub.

Ermənilərin 1992-ci ilin mayında Şuşanı işğal etdikdən sonra çəkdikləri videoda bulağın üzərində yazılar yazan erməni keşişini görmək mümkündür. Həmçinin, videoda ərəb əlifbasıyla yazılan kitabənin də yerində olduğu görünür.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR