x
Loading...

ABŞ və İngiltərə Rusiyanı Navalnıya görə GÜNAHLANDIRDI - ''Əgər həbsxanada ölərsə...''

.

“İngiltərə Aleksey Navalnının sağlamlıq vəziyyətinə görə ciddi narahatdır ”.

Metbuat.az türk KİV-nə istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyi verdiyi açıqlamada Rusiyanı "siyasi səbəblərdən" tutulan Navalniyin dərhal sərbəst buraxılmasına çağırıb.

Navalniyin səhhətinin pisləşməsi xəbərindən dərindən narahat olduğu bildirilən açıqlamada müstəqil səhiyyə mütəxəssislərindən Navalniyin sağlamlıq vəziyyətini araşdırmasına icazə istənilib. Rus dissident Aleksey Navalnıy, tibbi yardım tələbinin rədd edilməsini əsas gətirərək, içindəki həbsxanada aclıq aksiyası başlatdığını açıqlayıb.

Bazar günü ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN-ə açıqlamasında ki, ABŞ tərəfi Rusiya rəhbərliyinə həbsdə olan Navalnının başına gələn hər şeyə görə cavabdeh hesab edir.

Məlumat üçün bildirək ki, İki Fevralda, Moskva Şəhər Məhkəməsi, Navalnıyın geçmişdəki korrupsiya əməlləri nəticəsində verilmiş 3,5 illik şərti həbs cəzasının yarısını evdə keçirdiyi üçün onun həbs müddətini 2,5 ilə qədər azaldıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR