x
Loading...
.

Xocalı polisi reyd KEÇİRİB - FOTOLAR

.

Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, təşkil edilən reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və digər zəruri tədbirlərə laqeyd yanaşan sürücü və sərnişinlər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR