x
Loading...

Rusiyanın "Cəhənnəm silahı" ilk dəfə döyüş bölgəsində görüntüləndi - FOTOLAR

.

Səudiyyə Ərəbistanının Rusiyadan aldığı TOS-1A Solntsepek çox lüləli ağır roketatar sisteminin ilk dəfə Yəməndə görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, “Cəhənnəm silahı” adlandırılan sistemlərin düşmən hədəflərinə ardıcıl zərbələr endirdiyi müşahidə edilib.

Qeyd edək ki, bu silahlardan zirehli texnikaların, nəqliyyat vasitələrinin məhv edilməsi, binaların yandırılması və dağıdılması üçün istifadə olunur. Sistem hədəfə aldığı ərazidə qəlpə və şok dalğası ilə yaxşı müdafiə olunan düşmən əsgərlərini məhv edə bilir. Bu Rusiya ordusunun ən güclü silahlarından biri sayılır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR