x
Loading...
.

Bakıda avtobus ağaca çırpılıb, xəsarət alanlar var

.

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR