x
Loading...
.

Bakıda xanım sürücü görün nə edirmiş... - POLİS SAXLADI - VİDEO

.

Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları reyd zamanı işıq cihazından düzgün istifadə etməyən sürücünü saxladıblar. Sürücü yoxlanarkən onun sərxoş olduğu üzə çıxdı.

Metbuat.az xəbər verir ki, sürücü Valeh İmamrzayevi yol polisi sərxoşluğun müayinə mərkəzinə gətirdi.

Gecə yoxlaması zamanı avtomobili sənədsiz idarə edən sürücü də saxlanıldı. Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanan xanım sürücünün atasına məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi aşkar olundu.

Reyddə avtomobilində maska taxmadan sərnişin aparan sürücü də saxlanıldı. Törətdiyi xəta yol polisi tərəfindən ona izah edildi.

Həmin sürücü də tibbi maskadan istifadə etmədiyi üçün inzibati qaydada cərimə olundu. Gecə boyu keçirilən reyd zamanı ağır yol nəqliyyat hadisəsinin də şahidi olduq. Gözləmədən yol ayrıcına çıxan minik avtomobili bir cipi vuraraq aşırıb. Qəza zamanı cipin sürücüsü xəsarət alıb. Əraziyə gələn yol polisi hər iki nəqliyyat vasitəsini cərimə meydançasına apardı. Qəza ilə bağlı isə avtoekspertiza təyin olundu.

Daha ətraflı "XəzərXəbər"in materialını izləyin:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR