Rusiyanın “Minsk oyunu” -

“Minsk Qrupunun son bəyanatı Ermənistanda revanşizmin körüklənməsinə xidmət edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında deyən politoloq Tural İsmayılov bildirdi ki, Minsk Qrupunun fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətində hökm sürən narazılıq davam edir.

“Uzun illər ərzində ATƏT-in özü də siyasi təşkilat olaraq gözləntiləri doğrultmadı. Hətta zaman-zaman siyasi təzyiq vasitəsi kimi ATƏT-in müxtəlif platformalarından erməni lobbisi yararlanmağa çalışıb. ATƏT DTİHB ölkələrdəki seçkilərlə bağlı heç vaxt ədalətli rəylər verməyib. Artıq cəmiyyət tərəfindən ATƏT-in Minsk Qrupun-a qarşı hiddət var. Elə bu yaxınlarda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın bahalı otellərdə qalaraq yeyib-içdiklərini qeyd etməyi də bu məsələdə nə qədər haqlı olduğumuzu göstərir.

Siyasi ekspert açıqlamasında bildirdi ki, Hoqland müsahibələri əsnasında deyir ki, biz beşulduz otellərdə, özəl yeməkxanaya giriş haqqı verilən, barlardan heç bir əlavə xərc çəkmədən faydalanıla bilən mötəbər adamların yerləşdirildikləri mərtəbələrdə qalırdıq. Ən yaxşı restoranlarda yeyirdik. Amma açığını desək, həddən artıq az nəticə əldə edilmişdi

Bu açıqlama ilə də Hoqlandın “Lavrov planı” haqda yazdıqları Minsk Qrupuyla bağlı narazılığın haqlılığını bir daha sübut etdi.

“Hoqland açıqlamasında deyir ki, plan açıqlananda o nəcib həmkarı rusiyalı həmsədr Popovdan soruşub ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi? O, açıq şəkildə cavab verdi ki, əlbəttə yox. Popov bildirib ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərəfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir. Bütün bu məsələlədən sonra Minsk mandatından kənar və Ermənistandakı revanşizmi körükləyən açıqlaması birmənalı olaraq qəbuledilməzdir. Buna görə də Azərbaycan beynəlxalq hüququ təmin edib, Minsk Qrupu da, bütün bu beynəlxalq təşkilatlar da bu ali reallığı qəbul etməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR