Ramiz Mehdiyev qohumuna vəzifə verdi -

Ramiz Mehdiyev AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin edib.

Metbuat.az Unikal.org-a istinadən xəbər verir ki, bu vəzifə Fikrət Əliyevə həvalə edilib.

Qeyd edək ki, o, AMEA-nın İşlər idarəsinin müdir müavini vəzifəsində çalışıb. Həmçinin F.Əliyev Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır.

Xatırladaq ki, Ramiz Mehdiyev AMEA-nın iclasında qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR