x
Loading...

"Samsung" eyni anda üç qurğu ilə işləyən yeni klaviatura təqdim edəcək

.

"Samsung" şirkəti eyni anda bir neçə cihaza qoşula bilən simsiz klaviatura təqdim etməyə hazırlaşır. "Smart Keyboard Trio 500" adlı yeni klaviatura artıq istehsalçının rəsmi saytında yerləşdirilib.

Metbuat.az ICTnews-a istinadən xəbər verir ki, "Samsung Smart Keyboard Trio 500" klaviaturası eyni anda üç qurğuya qoşula bilir, cihazlar arasında keçid xüsusi klaviş kombinasiyaları ilə həyata keçirilir. Aksesuarın ölçüləri 280,4 x 127,4 x 15,4 mm, çəkisi isə 412,3 qramdır.

"Smart Keyboard Trio 500" müxtəlif qurğulara qoşulmaq üçün "Bluetooth 5" modulu ilə təchiz edilib. Yeni klaviaturada 78 klaviş mövcuddur, onlardan üçü "DeX" düyməsi ilə birlikdə işləyir, amma bu rejim yalnız "One UI 3.1" interfeysinin idarəsi altında işləyən "Samsung Galaxy" smartfonları və planşetləri tərəfindən dəstəklənir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR