x
Loading...
.

Türkiyə ordusu hərəkətə keçdi: Fransa və Yunanıstana NOTA verildi

.

Fransa və Yunanıstan gəmilərinin Aralıq dənizində Türkiyənin qitə sahəsini pozması Ankaranın sərt etirazına səbəb olub.

Metbuat.az xəbər verir ki, Türkiyə hər iki ölkənin Ankaradakı səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq onlara sərt xəbərdarlıq edib. Hər iki ölkəyə NOTA verilib. Xəbərdarlıqda bildirilib ki, oxşar hal təkrarlansa Türkiyə ordusunun cavab vermək hüququ var.

Qeyd edək ki, 3 gün əvvəl Fransaya məxsus araşdırma gəmisi yunan hərbi qayıqlarının müşayəti ilə Türkiyə sularına daxil olub. Xəbərdarlıqlar nəticə verməyəndən sonra Türkiyənin hərbi qayıqları hərkətə keçərək, gəmiləri ərazidən uzaqlaşdırıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR