x
Loading...

50-60 yaş arası kişiləri gözləyən TƏHLÜKƏ - Yeni müalicə üsulu tapıldı

.

Alimlər vaxtında demans xəstəliyinin diaqnozunu müəyyən edəcək üsulu tapıblar.

Metbuat.az rus KİV-nə istinadən xəbər verir ki, tədqiqatın nəticələri sayəsində həkimlər daha dəqiq diaqnoz qoyaraq, vaxtında demansla mübarizə aparmağa müvəffəq olacaqlar.

Beyin

Demans beyinə mənfi təsir göstərən xəstəlik növlərindəndir. Bu xəstəlik adətən alzhemer xəstəliyi ilə qarışdırılır. Ancaq tamamilə fərqlidir.

Demans xəstəliyi adətən 50-60 yaş arası kişilərdə müşahidə edilir. Dil qabiliyyətinin zəifləməsi, mücərrəd düşünmə, mühakimə, kimi zehni funksiyalarda görülən tutulmuş bacarıqlarının axsaması və zamanla itirilməsi vəziyyətidir. İnsan ömrü uzandıqca bu xəstəlik riski də yüksəlir. Yaşlı insanlarda unutqanlığın səbəbi olaraq bilinsə də əksər zaman fərqli əlamətlərlə üzə çıxır. Ailədə olan xroniki psixoloji problemlər, beyin damar xəstəlikləri, demans xəstəliyinin olması, beyin travmaları bu xəstəliyin inkişafına səbəb ola biləcək əsas səbəblərdən biridir.

Xəstəliyin əlamətləri nədir?

Demans xəstəliyinin simptomlarına danışarkən çətinlik çəkmək, yaddaşsızlıq, kefsizlik, insanlara qarşı güvənsizlik, xoşbəxtkən qəfil yaranan kefsizlik, təkrarlanan eyni davranışlar, davranışın etmə səbəbini unutmaq, günlük işləri etmədə yaranan çətinlik, birdən-birə yaranan yorğunluq hissi kimi əlamətlər daxildir.

Xəstəliyin erkən diaqnoz zamanı müalicəsi mümkündür. Ancaq tamamilə xəstəlikdən xilas olmaz təəssüf ki mümkünsüzdür. Dərman, vitaminlər xəstəliyin ağır formasına tutulmaqdan qoruyur.

Qeyd edək ki, yeni tapılan üsul barədə məlumatların detallarını, tədqiqatçılar ictimaiyyətə açıqlamayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR