x
Loading...

Teatrsevənlərin ''qaynanası'' - Nəsibə Zeynalova

.

Bu gün xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.

Metbuat.az görkəmli aktrisanın həyatı haqqında əsas məqamların xronologiyasını təqdim edir.

Nəsibə Cahangir qızı Zeynalova 1917-ci ildə aprel ayının 20-də Bakıda anadan olub. 1937-ci ildən kolxoz-sovxoz teatr truppasında sənətə başlayıb. 1941-ci ildə Bakıda Teatr Texnikumunu bitirən Nəsibə xanım həmin ildən Azərbaycan Musiqili Teatrında fəaliyyətə başlayıb.

Özündən 11 yaş kiçik oğlanla evlənən, nəvəsini övladlığa götürən, pişiyinə elçi gedən Nəsibə Zeynalova – Maraqlı faktlar

Onun ilk yaratdığı obrazlardan biri ''Beş manatlıq gəlin'' tamaşasında Cülnaz rolu olub. Sonra isə o, ''Toy kimindir?'' tamaşasında ''Məsmə'', ''Gözün aydın''-da Nargilə, ''Ulduz''-da Züleyxa, xarici əsərlərdən ''Keto və Kote''-də Kabato və digər obrazları canlandırıb. 50-ci illərin ikinci yarısında Nəsibə xanım Azərbaycan komediya teatrı tarixinə daxil olmuş səhnə obrazları yaradıb: ''Rəisin arvadı'' tamaşasında ''Afərin'', ''Tbilisi nəğməsi''ndə Gesiya, ''Hacı Kərimin Aya səyahəti''ndə Kəblə Fatma, ''Altı qızdan biri Pər''-də Cəhrə, ''Hicran''-da Qızbacı, ''Qayınana''-da Cənnət və başqa obrazları sevərək yaradıb.

Nəsibə xanım ''Ögey ana'', ''Böyük dayaq'', ''Ulduz'', ''Qanun naminə'', ''Bizim Cəbiş müəllim'' və unudulmaz ''Qayınana'' filmində yaratdığı bənzərsiz qayınana obrazı ilə Azərbaycan kino sənətdinə silinməz izlər qoyub.

Özündən 11 yaş kiçik oğlanla evlənən, nəvəsini övladlığa götürən, pişiyinə elçi gedən Nəsibə Zeynalova – Maraqlı faktlar

Nəsibə Zeynalova 2004-cü il mart ayının 11-də dünyasını dəyişib.

Səhnədə hər kəsi güldürən, adi, sakit duruşu ilə də gülüş doğuran çox sənətkarlar var ki, həyatda başqa cürə olurlar. Yəni, bir az zəhmli, ciddi, yeri gələndə sərt. Hamımızın sevimlisi olan xalq artisti Nəsibə xanım Zeynalova da bax, belə sənətkarlardan olub. Necə deyərlər, düzü düz, əyrini əyri görüb həmişə. Yəqin elə bu cür ədalətli, təmiz niyyətli olmağındandır ki, canlandırdığı obrazlar bu qədər təbiliyi ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tamaşaçı könlündə yer tapıb, ürəklər fəth eləyib.

Nəsibə Zeynalovanın ən yadda qalan obrazları – VİDEO

Gözəl tikmə ustası olan Nəsibə xanım hətta ''Hicran'' tamaşasında istifadə olunan yaylıqları belə o, özü tikmişdi. Nəsibə xanım, demə dadlı-ləzzətli xörəkləri ilə də dostları arasında şöhrət qazanıbmış.


Sovetlər dönəmində on beş respublikanın teatrlarının iştirak etdiyi festivalda Nəsibə xanım da Azərbaycan teatr sənətini təmsil edənlərdən biri idi. Festival iştirakçıları ''Hicran'' tamaşasını seyr etdikdən sonra onların arasında olan dünyaşöhrətli sənətkarlar Nəsibə xanımı bir möcüzə hesab etdiklərini bildiriblər.

Küsülü tamaşa oynadılar, ssenarini dəyişdilər, gülməkdən dayana bilmədilər” - “Hicran” tamaşası haqda maraqlı faktlar...

Nəsibə xanım daima qəlblərdə yaşayır, nə qədər ki, səhnə və tamaşası var, bu sevgi də həmişə olacaq. Doğum gününüz mübarək, səhnəmizin qaynanası Nəsibə xanım!

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR