x
Loading...

Rusiyadan İNANILMAZ HÜCUM TAKTİKASI: Putin ilk olaraq bu yerlərin vurulmasını əmr edəcək

.

Mümkün Rusiya-Ukrayna müharibəsi vaxtı Moskvanın həyata keçirəcəyi hərbi planın detalları üzə çıxıb.

Metbuat.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, müharibə vaxtı Rusiya ordusunun hədəfində ilk olaraq Ukraynanın su tədarükü müəssisələri olacaq. Mirror qəzeti isə yazır ki, Krıma 150 min hərbçi cəlb edilib. Qara dənizdə Rusiyanın amfibiya tipli 4 sualtı qayığı və 15 hərbi gəmisi hücum üçün əmr gözləyir. Bildirilir ki, amfibiya gəmiləri ilə digər hərbi gəmilər çox nadir hallarda yanaşı gəlir. İddialara görə, su sistemləri sıradan çıxarılandan sonra rusların sonrakı hədəfi hərbi gəmilər vasitəsilə bombardmana başlamaq olacaq. Bununla yanaşı rusların Krımdan hava və quru hücumları təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildə Rusiya “Gürcüstan ssenarisi” zamanı da oxşar hücum planını həyata keçirmişdi.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR