x
Loading...

Koronavirus barədə YENİLİK - 5 dəqiqədə müəyyən edilir / FOTO

.

Yapon tədqiqatçılar COVİD-19-u 5 dəqiqədə aşkar edə biləcək bir test üsulu tapıblar.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki,Yaponiyanın RIKEN tədqiqat institutu və Tokyo Universiteti tədqiqatçıları bildiriblər ki, bir kvadrat santimetr və üzərində bir milyon girinti olan şüşə lövhə vasitəsi ilə COVİD-19-a yoluxmanı aşkar edə bilinən test üsulu tapıblar.

Японские ученые разработали метод обнаружения коронавируса за пять минут |  NHK WORLD-JAPAN News

Proses zamanı, testin bir hissəsində xəstədən alınan nümunələr qoyulur. Mikroskopik formalaşdırma texnologiyası ilə yaradılan şüşə lövhənin çuxurları, hər birində ayırıcıları olan mikro test otaqları kimi xidmət edir. Üzərinə qoyulmuş bir nümunənin COVİD-19-a aid ribonükleik turşu (RNT) daşıdığı təsbit edilərsə, həmin test ''otağından'' işıq yayılır. Tədqiqatçılar deyir ki, yeni metoddakı mikro kameralar vasitəsilə 5 dəqiqə ərzində virus aşkar edilə bilər.

Qeyd edək ki, sadə və sürətli testləri özündə birləşdirən metod gələcəkdə səhiyyə müəssisələri tərəfindən istifadə edilə bilmək üçün kommersiyalaşdırılacaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR