İnsan alveri faktlarının sayı açıqlandı

Bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı müzakirə edilib.

2020-cı il üzrə hesabatı təqdim edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov bildirib ki, ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, iki cinayət işi üzrə beş məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktları müəyyən edilib:

“Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 fazi təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 17-si qadın, üçü kişi olmaqla, 20 şəxs məhkəmə məsuliyyətinə verilib.

Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, iki nəfər şərti məhkum edilib, bir nəfərin cəzası isə övladı 14 yaşına çatanadək təxirə salınıb.

Ümumilikdə, 2020-ci ildə müəyyən olunmuş 94 insan alveri qurbanından 91-nə müvafiq kömək göstərilib, maddi yardımlar edilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR