Ölümü simulyasiya etdi... - Görün başına nə gəldi

2020-ci ilin aprelində ölümünü simulyasiya edən məşhur misirli bloger Umm Ziyad bu oyunundan düz bir il sonra ölüb.

Metbuat.az bildirir ki, bu barədə "Gulf News" xəbər yayıb.

Misirli qadın "YouTube" kanalında "Umm Ziyadın Gündəliyi" bloqunu aparıb. Onun hesabının 700 min üzvü olub. 2020-ci ilin aprelin 9-da o, ərinin və uşaqlarının gözü qarşısında "öldüyü"nü göstərən video yayımlamışdı. Qadının sözlərinə görə, bunu o, ailəsinin reaksiyasını görmək üçün edib.

Təsadüfə bax ki, düz bir il sonra elə həmin gün o, vəfat edib.

Blogerin ölümü barədə qardaşı Hamdi məlumat verib. Onun sözlərinə görə, Ziyad su qızdırıcısında qaz sızması nəticəsində oksigen çatışmazlığından ölüb.

Ölümündən bir neçə gün əvvəl Umm Ziyad özünü pis hiss etdiyi barədə video yayımlamışdı.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR