x
Loading...
.

Prezident öldürüldü ölkə ayağa qalxdı - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

.

Çad prezidenti İdris Debinin cəbhədə üsyançılar tərəfindən öldürülməsi ilə əlaqədar 14 günlük matəm elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə hakimiyyətə müvvəqəti nəzarət edən Hərbi Şuradan açıqlama verilib. Açıqlamaya görə, öldürülən prezidentin oğlu general Mahamat Debinin sədri olduğu Hərbi Şura 18 ay hakimiyyətdə qalacaq. Parlamentin və hökumətin buraxıldığı Çadda müvəqqəti idarəetmə sistemi qurulacaq.

Prezidentin öldürülməsi ilə bağlı Çad ordusu ölkənin hava və quru sərhədlərini tamamilə bağlayıb. Ölkədə komendant saatı elan olunub.

Yerli dairələr bəzi məntəqələrdə üsyançılarla ordu arasında toqquşmaların getdiyini yazır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR