x
Loading...
.

Ukraynanın MÜHARİBƏ PLANI hazırdır: Rusiya ordusu belə darmadağın ediləcək

.

Mümkün Rusiya-Ukrayna müharibəsi zamanı Kiyevin həyata keçirəcəyi əməliyyat planı barədə məlumatlar yayılıb.

Metbuat.az Ukraynanın "Strana.ua" portalına istinadən xəbər verir ki, hərbi mənbələrin məlumatına görə, Kiyev planı icra etməyə artıq başlayıb. Bildirilir ki Ukrayna ordusuna mövqelərini gücləndirmək barədə əmr verilib. Düşmənin mümkün hücum istiqamətləri üzrə müdafiə sədləri qurulur, əraziyə minalar döşənir. Ukrayna ordusunun zirehli texnikaları təmas xəttinə yaxınlaşıb. Kəşfiyyat xidməti neytral ərazini minalamaqla məşğuldur. Məlumata görə, Ukrayna ordusu birinci müdafiə xəttində uğursuzluğa düçar olarsa, daha möhkəm olan ikinci müdafiə xəttinə çəkiləcək.

Bildirilir ki, Ukrayna ordusu Krımla olan təmas xəttinə də çox sayda hərbi qüvvə cəlb edib. Kiyev əsas təhlükənin buradan gələcəyini ehtimal edir Bu üzdən, Luqansk istiqamətindəki hərbi qüvvələrin bir hissəsi buraya cəlb edilib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Aleksey Danilov bəyan edib ki, Ukrayna ordusu müxtəlif ssenarilər hazırlayır və düşməni məğlub etməyə hazırdır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR