x
Loading...
.

Çindən yola salınan daha bir qatar Bakıya çatıb

.

Çinin Çinqdao şəhərindən ölkəmizə yola salınan ikinci konteyner blok qatarı Bakı limanına çatıb.

Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olan ADY Container MMC-dən Metbuat.az-a verilən məlumata görə, qatar hər biri 40 futluq olmaqla 51 konteynerdən ibarətdir.

Daşıma Çin Dəmir Yolları (CRCT) və Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR