x
Loading...
.

100 illik işğalın üstündən xətt çəkildi: Azərbaycanın Zəngəzur planı nədir?

“Ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” ifadəsini işlətməsi, təbii ki, təsadüf deyildir. Ali baş komandan İlham Əliyev bu açıqlaması ilə, Zəngəzur dəhlizini nəzərdə tutmur’’.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov bildirib. Politoloq deyir ki, Prezident İlham Əliyevin açıqlaması əsasən, 1988-ci ilə qədər, Ermənistan ərazisindən, xüsusilə Zəngəzur, Göyçə, və digər ərazilərdə yaşayan deportasiya olunmuş soydaşlarımızın geri qaytarılmasına hesablanmışdır.


“Təbii ki, dövlət başçısı cənab İlham Əliyev çox gözəl başa düşür ki, beynəlxalq hüquq normalarına əsasən, indiki vəziyyətdə Azərbaycanın qədim torpaqları olan Göyçə, Zəngəzur və digər torpaqlar hazırda Ermənistanın ərazisi kimi tanınır. Ölkə başçısının açıqlaması onu nəzərdə tutmur ki, Azərbaycan aqressor dövlətdir. Ya da başqa bir dövlətin ərazisini işğal etmək niyyətindəyik.

Bu açıqlamanın izahı ondan ibarətdir ki, həmin torpaqlarda yaşayan amma qovulmuş azərbaycanlılar yenidən o torpaqlara qayıdaraq, yaşamaq hüququ əldə edəcəklər. Amma bütün bunların baş verməsi üçün müəyyən bir zaman tələb olunur”.

Siyasi şərhçi önəmli bir məsələyə diqqəti yönəldərək vurğuladı ki, əgər qoyulan şərtlər yerinə yetirilərsə, təbii ki, Azərbaycan da qarşılıqlı şəkildə müəyyən addımlar atacaqdır.

“Bu hesab edirəm ki, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir. Ölkə başçısının da atdığı addımlar və görülən işlər bölgədə sülhün və əminamanlığın davamlı olmasına hesablanmışdır.Məqsəd odur ki, regionda uzunmüddətli barış şəraiti hökm sürsün”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR