Ferqyusonun "Mançester Yunayted"dəki səlahiyyətləri genişləndirilir

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi komandanın keçmiş baş məşqçisi Aleks Ferqyusonun səlahiyyətlərini genişləndirməyi düşünür.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Mançester təmsilçisi şotlandiyalı mütəxəssisin transfer məsələlərində daha yaxından iştirak etməsini istəyir.

Rəhbərlik klubun icraçı direktoru Ed Vudvordun istefasından sonra bu fikrə düşüb. Vudvord Avropa Super Liqası ilə bağlı layihənin uğursuzluğa düçar olması səbəbindən vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Aleks Ferqyuson 1986 - 2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR