İsrail İran ordusuna zərbə endirib? -

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib.

Metbuat.az xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi məlumat yayıb. Fəsadlar barədə məlumat verilməyib. Açıqlamaya görə, bir neçə raket müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İsrail tərəfi isə bəyan edib ki, hücum əməliyyatı Suriyadan Nəcəf bölgəsinə raket atılmasına cavab olaraq təşkil edilib.

Açıqlamada Suriyadakı raket sistemlərinin İsrail ordusu tərəfindən məhv edildiyi qeyd olunub. Tələfat barədə açıqlama yoxdur.

Qeyd edək ki, İsrail ordusunun hədəfə aldığı Dəməşq ətrafında Suriya ordusu ilə yanaşı İran dəstəkli qüvvələr də mövqe tutub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR