x
Loading...

Əvvəl gəlinini güllələdi, sonra isə... - 78 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL

.

Qusar rayonunda gəlinini ov tüfəngi ilə qətlə yetirməkdə təqsirli bilinən Amaxan Nəcərovun cinayət işi.

Metbuat.az xəbər verir ki, 1938-ci il təvəllüdlü Avaran kənd sakini Amaxan Nəcərov ailə münaqişəsi zəminində özünə məxsus ov tüfəngi ilə birgə yaşadığı 1977-ci il təvəllüdlü gəlini Sevinc Məmmədovanın sinə nahiyəsinə atəş açıb. Güllə yarasından ölmədiyini gördükdə isə, evdən götürdüyü bıçaqla qadının boğazını kəsib. Gəlininin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Qusar Rayon Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olub.

İş üzrə dindirilən Amaxan Nəcərov bildirib ki, ən kiçik oğlu Valeh, gəlini Sevinc və onların 4 azyaşlı uşaqları ilə birlikdə yaşayıb.

Gəlini ilə münasibətlərinin pis olduğunu, tez-tez dava elədiklərini bildirib: "Münasibətlərimiz qaydasına düşmürdü. Nə deyirdim, cavab qaytarırdı. Evdə tapılmırdı. Səhər çıxıb, axşam gəlirdi. Bir söz deyəndə də məni saymırdı. Tez-tez uşaqları da götürüb, anasıgilə gedirdi. Bu, məni qıcıqlandırdı. Ürəyim zəifdir. Həkim də məsləhət görüb ki, hər gün 70 qram araq içim. Spirtli içkini yalnız evdə qəbul edirdim. Hadisə günü saat 9-da yuxudan durdum. Gəlin qızları da götürüb getmişdi. Gec gəldilər. Yenə şikayətləndim. Məni təhqir elədi. Dedim, çıx get evdən, bir də bura gəlmə. Üstümə bozardı ki, bu evdə mənim də payım var, getmirəm. Bu səbəbdən aramızda mübahisə baş verdi.

Nəcərov ifadəsinin davamında bildirib ki, Sevinc onun ünvanına söyüş səyməyə başlayıb və divanın altında saxladığı tüfəngin yerini əli ilə göstərib bu barədə polisə xəbər verib onu tutduracağını bildirib:

“Məni şantaj elədi ki, gedib polisə şikayət edəcəyəm. Qoşalüləmin tozunu təmizlədim. Güllələrini tapdım. Üstünə getdim ki, qorxuzam. Məni görən kimi başladı söyməyə. Dayanmadan "vur məni köpəkoğlu” deyirdi. O, zaman gözümün qabağına heç nə gəlmədi. Atəş açmaq istədim. Güllə çıxmadı. Bir neçə dəfə cəhd etdim. Sonuncuda güllə açıldı. İkincini atmaq istədim. Güllə yuxarı getdi”.

Silah səsindən oğlu Valeh otağa daxil olub onun əlindən tüfəngi alaraq sındırıb həyətə tullayıb.

Amaxan Valehin kömək çağırmaq üçün aşağı düşdüyünü görüb Sevincin hələdə ölmədiyini düşünüb və yenidən otağa qayıdıb. Stolun üzərindəki bıçağı götürən Nəcərov yerdə hərəkətsiz vəziyyətdə olan Sevincin boğaz nahiyyəsinə 2 zərbə vurub.

Amaxan Nəcərov hadisəni törətdikdən sonra otaqdan çıxıb kənd icra nümayəndəliyində işləyən qohumuna zəng edib cinayət barədə məlumat verib. Daha sonra bıçağı götürüb qardaşı oğlunun maşını ilə polis şöbəsinə gedərək törətdiyi əməlini etiraf edib.

Məhkəmə prosesi zamanı Amaxan Nəcərov ittiham üzrə özünü qismən təqsirli bilərək gəlinini öldürmək fikrində olmadığını, ünvanına işlətdiyi söyüşlərə görə onu qorxutmaq istədiyini qeyd edib.

Sonda məhkəmənin hökmü ilə Amaxan Nəcərov CM-nin 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü ( qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya saxlama) maddələri ilə təqsirli bilinərək 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Ölkə.Az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR