x
Loading...
.

​“Zəngəzur mesajı”nın şifrələri: İlham Əliyev tarixi proseslərin gedişini dəyişir…

“Zəngəzurla bağlı məsələnin gündəmə gətirilməsi onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevbir çox ədalətsiz tarixi proseslərin qarşısının alınması və bu proseslərin gedişinin əks istiqamətə çevrilməsini gerçəkləşdirən lider kimi də tarixə düşəcəkdir’’.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.


Sitat: “İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərini azad edən, regionun geosiyasi mənzərəsinin yürütdüyü müdrük siyasət ilə dəyişdirən lider kimi ilə tarixə düşmüşdür. Dövlət başçısının son çıxışlarında Zəngəzur ilə bağlı qeyd etdiyi fikirlər həm tarixi, həm də perspektiv baxımdan çox ciddi əhəmiyyət kəsb edir.

Əgər biz ermənilərin Qafqaz ərazilərinə köçürüldüyü dövrdən bu günə qədər cərəyan edən tarixi-siyasi proseslərə diqqət yetirsək görərik ki, hər zaman ermənilər azərbaycanlılara və Azərbaycana məxsus olan əraziləri əvvəlcə mübahisələndirmiş, sonra bu mübahisələri beynəlxalq səviyyəyə qaldıraraq həmin ərazilərin mənimsənilməsi, ələ keçirilməsi prosesini həyata keçirmişlər’’.

Elnur Kəlbizadə deyir ki, XX əsrin əvvəllərində bu cür siyasət, erməni dövləti, erməni terorr siyasi təşkilatları tərəfindən İrəvana münasibətdə həyata keçirilmiş, nəticədə Azərbaycan şəhəri olan İrəvan Qafqazda lk dəfə yaradılan erməni dövlətinin paytaxtına çevrilmişdir. Həmin əsrin 20-ci illərində isə bənzər siyasət, Zəngəzura münasibətdə həyata keçirilmiş, nəticədə Zəngəzurun bir hissəsi Azərbaycandan qoparılaraq Ermənistan SSR-ə verilmişdir.

“Sonrakı dövrdə bu kimi siyasəti ermənilər Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsivə Naxçıvana münasibətdə tətbiq etməyə çalışmışlar. XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin Naxçıvanda olması ermənilərin bu istiqamətdə məkrli planlarının qarşısını almışdı. Cənab prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində isə ermənilərin Qarabağ ilə bağlı arzuları gözlərində qalmışdır.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə hər hansı statusun verilməsi məsələsini tarixin zibiliyyinə göndərən dövlət başçısının Zəngəzur məsələsi ilə bağlı səsləndirdiyi fikirlər hər hansı status məsələsini müzakirə etmək arzusunda olan beynəlxal qqüvvələrə və Ermənistana yeni bir müzakirə predmeti təqdim etdi. Bu Zəngəzurda azərbaycanlıların muxtariyyəti məsələsivə Zəngəzurun statusu ola bilər”.

Elnur Kəlbizadə deyir ki, Azərbaycanın dövlət başçısı məkrli erməni planlarının qarşısını nəinki alır, həm də prosesləri əks istiqamətdə hərəkət etdirir. Yəni, artıq Azərbaycanın hüquqi əraziləri deyil, tarixən Azərbaycana məxsus olmuş Ermənistan əraziləri mübahisə predmetinə çevrilir.

“Belə demək mümkünsə top artıq meydanın rəqibə aid hissəsinə atılıb. Bununla da ermənilərin gələcəkdə Qarabağın dağlıq hissəsi də daxil olmaqla Azərbaycan ərazilərinin mübahisə predmetinə çevrilməsinin, sonra isə oranı müxtəlif yollarla ələ keçirməyə çalışmasının qarşısı alınır’’.

Tarixçi alim deyir ki, burada başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan müharibədən sonrakı dövrdə öz ərazisində yaşayan ermənilərin Ermənistanla humanitar əlaqələrinin təmin olunması üçün humanitar dəhliz yaradılmasına razılıq vermişdir.

Necə ola bilər ki, Azərbaycan öz ərazisində yaşayan ermənilərlə Ermənistan arasında humanitar xarakterli dəhlizə icazə verə bilir, amma Ermənistan Azərbaycanın əsas hissəsi və onun Naxçıvan MR arasında dəhlizin yaradılmasının qarşısını almağa cəhd göstərir?

Elnur Kəlbizadə bildirdi ki, əgər bu kimi cəhdlər davam edərsə Azərbaycanın icazə verdiyi humanitar xarakterli dəhliz də aradan qaldırıla bilər.

“Başqa sözlə desək Laçın dəhlizinə verilən icazə digər istiqamətlərdə Azərbaycana iqtisadi, humanitar və siyasi dividentlər gətirməlidir. Əks halda Azərbaycan heç bir dövlətə öz ərazisində humanitar dəhliz vermək məcburiyyətində deyildir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR