x
Loading...

Moskvada ermənilər azərbaycanlını vəhşicəsinə döydülər - VİDEO

.

Rusiya paytaxtında “Sadovod” bazarında işləyən azərbaycanlı ermənilərin hücumuna məruz qalıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Videonun şərhində bildirilir ki, valyuta dəyişmə işinə baxan həmyerlimiz ermənilər tərəfindən aldadılaraq qarət olunub.

Belə ki, ermənilər ayın əvvəlində bazarda yer götürüblər, pul üçün də tez-tez həmin bu şəxsə müraciət ediblər. Bir gün əvvəl onlar 100 min dollar (170 000 AZN) istəyiblər.

Həmyerlimiz ehtiyatsız hərəkət edərək onların dükanına tək başına yollanıb. İçəri girdikdə isə üç erməni tərəfindən qəddar şəkildə döyülüb, əl-qolu bağlanıb, ağzı-burnu “skoç”la bağlanıb. Sonra isə adı Roma olan erməni pulları götürərək aradan çıxıb.

Kişi özünə gəlib yardım istəyəndə isə haradasa 15 dəqiqə vaxt keçibmiş. Hadisə hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR