x
Loading...

Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib

.

Rusiyanın Sankt-Peterburq şəhərindən 15 ölkəyə, o cümlədən, Azərbaycana uçuşların həyata keçirilməsi üçün 3 aviaşirkətə lisenziya verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq icazələr "Aeroflot", "S7Airlines" və "PEGAS Fly" şirkətlərinə verilib.

Bu aviaşirkətlərin reysləri koronavirus pandemiyası ilə əlaqədar dayandırılmışdı.

Xatırladaq ki, Rusiya Hava Nəqliyyatı Federal Agentliyi Bakıya müntəzəm uçuşlar üçün "Uralskiye avialinii", "Severnıy veter", "Red Uinqz", "İkar", "İjavia", "İrAero" şirkətlərinə də lisenziyalar vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR