x
Loading...

Koronavirusun daha bir mutasiyası aşkarlandı - Peyvənd olunanlara da yoluxur

.

Litvada koronavirusun hələlik adı E848K olaraq müəyyənləşdirilən, daha əvvəl bilinməyən bir mutasiyası aşkarlanıb.

Metbuat.az xəbər verir ki, Litva Xalq Sağlamlığı Mərkəzi virusa yoluxanlar arasında vaksinasiyadan keçənlərin də olduğunu bildirib.

Məlumata görə, mutasiya ölkənin şimal-şərqində yerləşən Aniksciay bölgəsində 35 nəfərdə tapılıb.

Qeyd olunub ki, bu mutasiyaya yoluxanların xəstəliyi daha ağır keçirməsinə dair məlumat yoxdur, sözügedən ştamm aşkarlanmış şəxslərin üçdə biri artıq sağalıb.

Yerli televiziya kanalı olan LTR onu “Litva miutasiyası” adlandırıb, təhlükəli olmadığını, NorveçDanimarkada da rast gəlindiyini iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR