x
Loading...

Vergilərlə bağlı MÜHÜM YENİLİK - RƏSMİ QƏRAR

.

Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən bütün şəxslər deyil, yalnız fiziki şəxslər hesab edilib.

Bununla bağlı “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsinə zərurət yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR